Silahla qonşusunu hədələdi - Polis tüfəngini əlindən aldı


12:45     29 Mart 2019 tufeng20150725.jpg

Zaqatala Rayon Polis Şöbəsinə müraciət edən Aşağı Çardaxlar kənd sakini Ş.Mamayev martın 28-də kənd ərazisində qonşusu F.Qurbanovun onu ov tüfəngi ilə hədələməsini bildirib.

DİN-in Mətbuat Xidmətindən Femida.az-a verilən məlumata görə, polis əməkdaşlarının müraciətlə əlaqədar keçirdikləri tədbirlərlə F.Qurbanov saxlanılmış, onun sərxoş halda olması müəyyən edilib. Onun yaşadığı evə baxış zamanı müvafiq sənədləri olan “İJ-58” markalı ov tüfəngi aşkar edilərək götürülüb.

Femida.az

Açar sözlər:

Oxunub: 297