Azad Rəhimov Mingəçevirdə vətəndaşlarla görüşüb


14:00     29 Mart 2019 2019/03/745c9de8357c921_1553853696.jpg

Gənclər və idman naziri Azad Rəhimov bu gün vətəndaşlarla görüşüb.



Femida.az-ın məlumatına görə, Mingəçevirdə şəhərin, həmçinin Yevlax, Ağdaş, Ağsu, Bərdə, Göyçay, Kürdəmir, Tərtər, Ucar və Zərdab sakinlərini qəbul edib. Heydər Əliyev Mərkəzində baş tutan qəbulda 26 nəfər vətəndaş dinlənilib.

Bunlardan 5 nəfəri gənclər, 11 nəfəri idman sahəsi, digərləri “Gənclər evi”, Olimpiya İdman Kompleksləri, eyni zamanda, digər idman qurğularının tikintisi və təmiri, idman avadanlıqlarının verilməsi, ipoteka krediti və iş ilə bağlı müraciətlər olub.

Müraciətlərin bir qismi yerindəcə həll edilib, nazirliyin səlahiyyətlərinə aid olmayanların qeydə alınaraq aidiyyəti üzrə göndəriləcəyi bildirilib. Bir qisim müraciət isə baxılması üçün icraya yönəldilib.

Femida.az

Açar sözlər:

Oxunub: 365