Mehriban Əliyeva evi əlindən alınan şəhid ailəsinə mənzil bağışladı
14:34 29 Mart 2019
Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyeva aprel döyüşlərində şəhid olan polkovnik-leytenant Sənan Axundovun ailəsini yeni mənzillə təmin edib.
Femida.az xəbər verir ki, haqqın.az-ın əldə etdiyi məlumata əsasən, Heydər Əliyev Fondunun nümayəndələri şəhid ailəsi ilə görüşüb. Sənan Axundovun ailəsinə bildirilib ki, Mehriban Əliyevanın tapşırığı ilə onların problem həll edilib. Ailəyə Bakının Nərimanov rayonunda yeni mənzil verilib.
Qeyd edək ki, Aprel şəhidi, polkovnik-leytenant Sənan Axundovun ailəsinə məxsus ev əllərindən alınıb. Bu barədə Ali Məhkəmə qərar çıxarıb. Şəhid ailəsindən onlara məxsus olan evə görə 100 min manat pul istənilib.
Məlumata görə, S. Axundov şəhid olmamışdan bir neçə il əvvəl Kamran MMC-nin tikdiyi binadan 50 kvadratmetr yer götürüb, sonra “Kamran MMC”nin işçiləri barəsində cinayət işi başlanılıb və binanın 11 mərtəbəsini biznesmen Şərurlu İsfəndiyar alıb.
Xatırladaq ki, problemlə bağlı Femida.az saytı məhkəmə prosesinin detalları ilə bağlı bu gün məlumatı yayımlamışdı.
Oxunub: 993
Oxşar xəbərlər
- Ukrayna Baş Qərargahı: “Rusiyanın daha 45 qanadlı raketi, 4 helikopteri vurulub”
- Zelenski: “Bir ayda Ukrayna ordusu İran istehsallı 233 “Şahed” PUA-sını məhv edib”
- Ceyhun Bayramov: “Müstəqilliyimizə dəstəyə görə qardaş Özbəkistana minnətdarıq”
- Nazirlik nümayəndəsi: “İndiyədək Xocavənddə 25 nəfərin meyitinin qalıqları aşkarlanıb”
- Ukrayna Baş Qərargahı: "Son sutkada Rusiyanın 44 tankı məhv edilib"
- BNA: "147 avtobusun hərəkət intervalında gecikmə var"
- Xanlar Vəliyev: “Ötən 8 ayda qeydə alınmış cinayətlərin 99 faizi açılıb”
- DİN: "Razılaşdırılmamış aksiyanın qarşısı alınacaq"
- Heydər Məmmədov: "Prokurorluqda israfçılığa yol verilməməsi üçün bir çox işlər görülüb"
- Azərbaycan XİN: "Ermənistan bölgədə vəziyyəti gərginləşdirmək istəyir"