"Mehriban xanım göstərdi ki, heç bir milyarder şəhid ailəsinə haqsızlıq edə bilməz" - Şəhidin həyat yoldaşı


15:13     29 Mart 2019 2019/03/mehkeme_1553858196.jpg


“Bayaqdan telefonlar susmur. Bu gün mənə Heydər Əliyev fondundan zəng gəldi ki, sizin probleminizi həll edəcəyik. Nərimanov rayonunda 3 otaqlı mənzil hədiyyə edildi. Bu gün inşaat maqnatları bu cür hallara yol versə belə, Mehriban xanım göstərdi ki, heç bir inşaat maqnatı Azərbaycan torpağından ötrü qanını tökmüş şəhid ailəsinə qarşı belə hərəkət edə bilməz”.


Bu sözləri Femida.az-a açıqlamasında şəhid polkovnik leytenant Sənan Axundovun həyat yoldaşı Nəcibə Axundova deyib.

Qeyd edək ki, şəhid ailəsi və “Şaiq MTK” arasında mübahisəli mənzil məsələsi ilə bağlı məhkəmə iclasında hakim Əsəd Mirzəliyev mənzilin ailəyə məxsus olmadığına və MTK-ya qaytarılmasına dair Bakı Apelyasiya Məhkəməsinin qərarını qüvvədə saxlamışdı. Məsələ mediada işıqlandırıldıqdan sonra böyük rezonans doğurub. Nəticədə bu gün Heydər Əluiyev fondunun rəhbəri Mehriban Əliyeva şəhid ailəsinə yeni mənzil verilməsi barədə tapşırıq verib.

N.Axundova fikirlərini belə tamamlayıb:

“Dövlət başçısı, Mehriban Əliyeva və H.Əliyev fondu sağolsun. Onlar sübut etdi ki, dövlət mənim kimi ailələrin arxasındadır. Heç bir məhkəmə, yaxud biznesmen bizə qarşı bu cür haqsızlıq edə bilməz. Biz arxayın idik ki, məhkəmə ədalətli qərar çıxaracaq. Biz ümid edirik ki, məhkəmənin ədalətsiz qərarı ləğv olunacaq”.

Amin Nəzərli

Femida.az

Açar sözlər: #femida   #məhkəmə   #şəhid_Ailəsi   #Sənan_Axundov   #Ali_Məhkəmə   #Heydər_Əliyev_fondu   #Mehriban_Əliyeva  

Oxunub: 1568