Vəkillə bankın qalmaqallı məhkəməsi davam edir


18:50     27 Oktyabr 2015 bank919.jpg


Vəkil Əkrəm Həsənovla Bank Nikoylun məhkəmə prosesi barədə məlumat vermişdik. Keçən məhkəmə prosesində vəkil Əkrəm Həsənov hakim Zəfər Quliyevin sədrliyi ilə məhkəmənin keçirilməsinə etiraz etmişdi. O, bunu hakimin həmin banka borclu olması ilə izah edib.


Femida.az xəbər verir ki, Yasamal rayon məhkəməsinin sədri vəkilin etirazını qəbul edib.Bu barədə açıqlamanı vəkil əkrəm Həsənov bildirib:

“ Yasamal rayon məhkəməsinin sədri Zəfər Quliyevə etirazımı təmin edib. Əsas: hakimin Nikoyl Banka olan borcu və onun məsul şəxsi ilə dostluq münasibətidir. Ümid edirəm ki, Nikoyla verdiyim bu dərs faydalı olacaq və bundan sonra hakim seçkisi ilə məşğul olmayacaq.

İş üzrə yeni hakim Sərdar Mehrəliyevdir. Bu gün onun sədrliyi ilə artıq ilk iclas oldu. İclas başlayan kimi mən bildirdim ki, Mülki-Prosessual Məcəllənin 23.2-ci maddəsinə əsasən Yasamal rayon məhkəməsinin bütün tərkibinə etiraz edirəm. Çünki iddia məqsədli şəkildə bu məhkəməyə verilib və hansısa “təsadüf” nəticəsində məhz Zəfər Quliyevə düşmüşdü. Bu isə məhkəmənin qeyri-obyektiv və qərəzli olmasına şübhə yaradır.”



Miri Məcidli
Femida.az

Açar sözlər:

Oxunub: 1567