İsraildə "Fransanın xarici işlər naziri" həbs edildi


16:09     29 Mart 2019 19_03_29_1553861394.jpg

İsraildə özlərini "Fransanın xarici işlər naziri Jan-İv Le Drian və onun köməkçiləri" kimi təqdim edərək dələduzluq yolu ilə iş adamından 8 milyon avro mənimsəyən 3 nəfər həbs olunub.


Femida.az Trend-ə istinadən xəbər verir ki, fırıldaqçılar İsrail və Fransa hüquq-mühafizə orqanlarının birgə əməliyyatı nəticəsində ələ keçiblər.

Dələduzlar iş adamlarından "ölkəyə kömək etmək" və guya Mali və ya Suriyada radikalların girov saxladığı şəxslərin azad olunması üçün pul vermələrini xahiş ediblər.

Onlar ümumilikdə 40-a yaxın cəhd ediblər, lakin yalnız biri "uğurlu" olub: adı çəkilməyən biznesmen onların hesabına 8 milyon avro keçirib, sonra isə aldadıldığını anlayaraq polisə müraciət edib.

3 fırıldaqçı İsrailin Netaniya kurort mərkəzində tutulub.

Açar sözlər:

Oxunub: 551