Yol polisi körpəni ölümdən xilas etdi
16:11 29 Mart 2019
Bakı şəhər sakini Kazım Hüseynov Daxili İşlər Nazirliyinə ünvanladığı təşəkkür məktubunda polis əməkdaşlarına minnətdarlığını bildirir.
Nazirlikdən Femida.az -a verilən məlumata görə, K.Hüseynov qeyd edir ki, Novruz bayramı ərəfəsində Balakən rayonunda dayısıgildə qonaq olub. Martın 24-də dayısının yeni doğulmuş körpəsinin səhhəti qəfildən pisləşib. Uşağı Qax rayonunda olan həkim pediatora çatdırmaq lazım gəlib. Onlar təcili Qax şəhərinə yollanıblar.
Yolu tanımadıqlarından şəhərin girişində xidmət aparan Yol Patrul Xidməti avtomobilinə yaxınlaşıblar. Vəziyyəti polis əməkdaşına izah edərək körpəni təcili həkimə çatdırmaq üçün yolu soruşublar. Yol polisi əməkdaşı xidməti avtomobili ilə onları xəstəxanaya qədər müşayiət edib.
Müəllif polisin bu cür davranışının, diqqət və qayğısının, xeyirxah və humanist əməllərinin insanlarda çox böyük fərəh hissi oyatdığını yazır. O, şəxsi heyətin xalqa xidmət ruhunda tərbiyə olunmasına, humanizminə görə DİN rəhbərliyinə, həssas münasibətinə görə Qax DYPB-nin əməkdaşı Anar Qurbanova təşəkkürünü bildirir.
Oxunub: 354
Oxşar xəbərlər
- Yol polisi sürücülərə çağırış edib
- Yol qəzalarında daha 3 nəfər ölüb
- Yollar nə vaxt açılacaq?
- Yol polisi sürücülərə müraciət edib
- Yol qəzalarında daha 4 nəfər ölüb
- Yol polisi dumanlı hava şəraiti ilə bağlı sürücülərə müraciət edib
- Yol polisi Samuxda reyd keçirib
- Yollar buz bağlayacaq, dumana görə görünüş məsafəsi məhdudlaşacaq
- Yollar buz bağlayacaq, güclü külək əsəcək - PROQNOZ
- Yol polisi hava ilə bağlı sürücülərə müraciət etdi