Azərbaycanda boşanmalarla bağlı BÖYÜK DƏYİŞİKLİK – Yeni qanun hazırlandı


16:14     29 Mart 2019 2018/04/bosanma_1524300098.jpg

"Mediasiya haqqında” qanun layihəsi ciddi təşəbbüsdür və Milli Məclisə prezident tərəfindən təqdim edilib. Hesab edirəm ki, qanunun qəbulu və tətbiqinə məhkəmə-hüquq islahatları çərçivəsində baxılmalıdır. Bu imkan verəcək ki, vətəndaşlar mübahisələri daha asan və ədalətli şəkildə həll etsin.


Femida.az xəbər verir ki, Bu sözləri Milli Məclisin deputatı, QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev deyib.

Deputat bildirib ki, iclasda müzakirəyə çıxarılan qanun Hüquq siyasəti və dövlət quruculuğu komitəsində müzakirə olunub: "Hələlik qanunun birinci oxunuşudur. Biz mütləq şəkildə Mediasiya Şurasının, mediatorun funksiyalarına baxmalıyıq. Onların fəaliyyəti üçün müvafiq şərait yaradılmalıdır. Qurumun hüququ statusu, yaş həddi və digər məsələlərlə bağlı təkliflər səslənir. Hesab edirəm ki, bu məsələlər geniş müzakirə edilməlidir. Əslində barışdırıcı missiya Azərbaycanda hər zaman olub və biz indi bunu qanuna gətiririk”.

Azay Quliyev əlavə edib ki, dünya təcrübəsində baxanda bəlli olur ki, mediasiya fəaliyyəti ayrı-ayrı ölkələrin mədəniyyətinin bir hissəsi kimi götürülür: "Hesab edirəm ki, vətəndaşların məhkəmədən öncə mediasiya qurumlarına müraciət etməsinin tələb kimi qoyulması bu institutunun fəaliyyətinin gücləndirilməsi baxımından əhəmiyyətli olacaq.

Nəzərə almaq lazımdır ki, mediasiya fəaliyyəti ilə məhkəmələr arasında ciddi fərq var. Mediasiya təşkilatlarının baxdığı məsələlərdən hər iki tərəf razı qalır və razılaşma müqaviıəsi olur. Məhkəmədə isə tərəflərdən biri razı qalır, digəri narazı. Mediasiya fəaliyyəti barışdırıcı missiyadır. Lakin əldə edilən anlaşmanın icrasına nəzarət necə olacaq? Bu məsələ də vacibdir və ona diqqət etməliyik. Hesab edirəm ki, qanunun qüvvəyə nə zaman minəcəyi də vacib məqamdır. Çünki mediasiya qurumlarının hazırlıq mərhələsinə böyük zaman var. Həmçinin mediasiya ilə bağlı ciddi araşdırma işi həyata keçirilməlidir. Biz razılaşmışıq və bu qanunun ictimai müzakirəsini təşkil edəcəyik. Qanun ılayihəsinin mübahisələrin həllində böyük rol oynayacaq”.

Qeyd edək ki, mediasiya təşkilatlarının işindən boşanma hallarının azalması və tərəflərin barışdırılması sahəsində geniş istifadə edilir.

Femida.az

Açar sözlər:

Oxunub: 511