İŞİD Ermənistanda yuva qurur – Rusiya DİN


18:06     29 Mart 2019 19_03_29_1553868436.jpg


“İslam xilafəti” qurmağa çalışan İŞİD terror təşkilatı Suriya və İraqda məğlub edildikdən sonra, yenidən təşkilatlanaraq fəaliyyətlərini davam etdirmək üçün seçdikləri ölkələr sırasında Ermənistan da var.


Femida.az xəbər verir ki, bunu Rusiya Daxili İşlər Nazirliyinin Ekstremizmlə Mübarizə Baş İdarəsinin rəisi Oleq İlinıx nazirliyin V.Y.Kikotya adına Moskva Universitetində keçirilən beynəlxalq konfransda hesabatla çıxış edərkən deyib.

Onun sözlərinə görə, İŞİD-ın pərakəndə halında qalan üzvləri bütün dünya üzrə teraktlar həyata keçirməyə qadir beynəlxalq terror şəbəkəsi və yatan terror hüceyrələri yaratmaq planı hazırlayırlar. Və bu prosesdə İŞİD Ermənistanda da terror yuvalarının qurulmasına maraq göstərir.

“Xilafətin Suriyada və İraqdakı strateji məğlubiyyətindən sonra İŞİD-in maraqlarının Qazaxıstan, Özbəkistan, Tacikistan, Qırğızıstan və Ermənistan ərazilərinə transfer olunması müşahidə edilir” – rusiyalı nazir vurğulayıb.

Femida.az

Açar sözlər: #Rusiya   #Ermənistan   #DİN  

Oxunub: 537