Orta məktəblərdə vahid geyim forması tətbiq ediləcək
19:25 29 Mart 2019
Azərbaycanda ümumi təhsil müəssisəsində təhsilalanlar üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş vahid geyim forması tətbiq edilə bilər.
Bu barədə məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan yeni hazırlanmış "Ümumi təhsil haqqında” qanun layihəsində öz əksini tapıb.
Bundan başqa qanun layihəsində qeyd olunub ki, ümumi təhsil müəssisəsi təhsildə nailiyyətləri ilə fərqlənən, eləcə də ölkə və beynəlxalq olimpiadaların qalibləri olan təhsilalanlar üçün ümumi təhsil müəssisəsinin öz vəsaiti hesabına məqsədli pul mükafatı təsis edə bilər.
Yeni qanun layihəsi müzakirələrdən sonra səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib. (trend)
Femida.az
Oxunub: 439
Oxşar xəbərlər
- Orta məktəb müəllimi koronavirusdan vəfat edib
- Orta məktəbdən oğurluq edildi
- Orta ixtisas təhsili müəssisələrinə qəbulun nəticələri elan olundu
- Orta aylıq əməkhaqqı artıb - Naxçıvanda
- Orta ixtisas üzrə yeni təsnifata 141 ixtisas salınıb
- Orta ixtisas üzrə yeni təsnifata 141 ixtisas salınıb
- Orta yaşlı qadını avtomobil vuraraq öldürüb
- Orta aylıq əməkhaqqı 819 manat oldu - Bakıda
- Orta yaşlı kişini avtomobil vurub
- Orta yaşlı kişi toyda öldü