"Şərurlu İsfəndiyar"ın vəkili dedi ki, şəhidliyin məhkəməyə heç bir aidiyyatı yoxdur" - Şəhidin xanımı (VİDEO)


18:49     29 Mart 2019 2019/03/1553851623_befunky-collage_1553872079.jpg


Ötən gün Ali Məhkəmədə baş tutan şəhid polkovnik leytenant Sənan Axundovun ailəsi və “Şaiq MTK” arasında mübahisəli mənzil məsələsini şəhidin həyat yoldaşı Nəcibə Axundova Femida.az-a bir daha şərh edib.


Bu gün vitse prezident Mehriba Əliyeva tərəfindən yeni mənzil hədiyyə olunan Nəcibə xanım sevincinin həddi hüdudu olmadığını, bununla belə dünənki məhkəmədə edilən haqsızlıqların ictimai qınaq obyektinə çevrilməsinin vacibliyini vurğulayıb:

"Məhkəmədə şəhid ailəsi olduğumu, atasız 2 uşaq böyütdüyümü desəm də, hakim Əsəd Mirzəliyev buna məhəl qoymadı və ədalətsiz qərar çıxardı. Hətta "Şərurlu İsfəndiyar"ın vəkili Ramiq Axundov hər kəsin yanında bildirdi ki, şəhidliyin məhkəməyə heç bir aidiyyatı yoxdur, şəhidliyin biznesə heç bir aidiyyatı yoxdur".

Çıxışın ətraflı videosunu təqim edirik:



Amin Nəzərli

Femida.az

Açar sözlər: #şəhid   #video   #Şərurlu_İsgəndər   #vəkil   #məhkəmə   #femida  

Oxunub: 3648