Müdafiə naziri BMT-nin toplantısında iştirak edib
19:50 29 Mart 2019
ABŞ-da səfərə olan Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov martın 29-da BMT-nin Sülhməramlı Əməliyyatlarını yerinə yetirən ölkələrin müdafiə nazirlərinin Nyu-Yorkda keçirilən toplantısında iştirak edib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, dünyada sülhməramlılığın qorunmasına dair keçirilən görüşlərin davamı və bu sahədə qlobal miqyasda görülən işlərin daha da sürətləndirilməsi xarakteri daşıyan toplantıda beynəlxalq sülhün və təhlükəsizliyin qorunub saxlanılması, dövlətlər arasında dostluq münasibətlərinin, beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi və digər məsələlər müzakirə olunub.
Toplantıda, həmçinin sülhməramlı əməliyyatların planlaşdırılması işinin daha da yaxşılaşdırılmasına, qəbul edilən qərarların icrasına dərhal başlanılmasına, BMT sülhməramlılarının gələcək təminatına və təlimlərinə, münaqişə zonalarında mülki əhalinin, xüsusilə qadın və uşaqların qorunmasına dair fikir mübadiləsi aparılıb.
Femida.az
Oxunub: 363
Oxşar xəbərlər
- Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
- Müdafiə naziri Azərbaycan Ordusuna istənilən təxribatın qarşısını almağa daim hazır olmağı əmr edib
- Müdafiə Nazirliyi ermənilərdən azad olunan yüksəkliklərin adını açıqlayıb
- Müdafiə Nazirliyinin iki hərbi qulluqçusu xəstəlikdən vəfat edib
- Müdafiə Nazirliyinin sabiq baş zabiti həbs edilib
- Müdafiə Nazirliyi əsgərlər üçün kitab toplayır
- Müdafiə Nazirliyi ev almaq istəyən hərbçilərə müraciət edib
- Müdafiə Nazirliyi əsgərin sosial şəbəkələrdə yaydığı fikirlərə münasibət bildirib
- Müdafiə Nazirliyinin Suqovuşanda “N” saylı hərbi hissəsinin açılışı olub
- Müdafiə Nazirliyi azad olunan ərazilərdə aşkarladığı minaların sayını açıqlayıb