“Ölkəmizdə vacib islahatlara start verilib” - Mehriban Əliyeva


20:22     29 Mart 2019 2019/03/FA147AC5-0DF4-459E-86FB-26844640B3BB_1553876604.jpeg

“2019-cu il Azərbaycan üçün uğurla başlayıb”.

Femida.az xəbər verir ki, bu sözləri birinci vitse-prezident Mehriban Əliyeva diplomatik missiya rəhbərlərinin həyat yoldaşları ilə görüşündə deyib:

“Bildiyiniz kimi, ölkəmizdə çox vacib islahatlara start verilib, həm iqtisadi sahədə, həm sosial sahədə. Bu gün atılan bütün addımlar Azərbaycanın gələcək uğurlu inkişafını təmin edəcək”.

M.Əliyeva Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzu haqda da danışıb:

“Çox xoş haldır ki, ölkəmizdə xarici səfirliklərin sayı artmaqdadır. Bu gün Azərbaycanda 65 diplomatik nümayəndəlik, 13 beynəlxalq təşkilat və 4 baş konsulluq fəaliyyət göstərir. Təmsil etdiyiniz ölkələrlə Azərbaycan qarşılıqlı maraq və hörmət əsasında əməkdaşlıq qurub və bu əlaqələr inkişaf etdirilir. Bu gün Azərbaycan beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi tanınır”.

Femida.az

Açar sözlər:

Oxunub: 309


Oxşar xəbərlər