“Sarı jiletlilər”in lideri cəzalandırıldı


22:03     29 Mart 2019 2019/03/22-04-49-5c9e279366a97ccabc911d11_1553882776.jpg

Fransada “sarı jiletlilər”in qeyri-rəsmi lideri Erik Dru “icazəsiz mitinq” təşkil etməyi ittihamı ilə cəzalandırılıb.

Femida.az “Posta”ya istinadən xəbər verir ki, Paris Cəza Məhkəməsi onu 2 min avro cərimələyib.


İttihamda Drunun 22 dekabr 2018-ci il və 2 yanvar 2019-cu ildə Yelisey Sarayının yaxınlığında icazəsiz mitinqlər təşkil etdiyi qeyd olunub.

Drunun vəkili Xeops Lara məhkəmənin qərarına etiraz edəcəklərini bildirib.

Açar sözlər:

Oxunub: 281