Göyçayda bədbəxt hadisə


09:29     30 Mart 2019 19_03_30_1553923819.jpg

Göyçay şəhərində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.


“VAZ 21099” markalı minik avtomobili yolu keçməyə çalışan piyadanı vurub. Hadisə nəticəsində Göyçay şəhər sakini, 1969-cu il təvəllüdlü Qəribov Rafiq Əliağa oğlu yaralı vəziyyətdə təcili olaraq Göyçay rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırmalara başlanılıb.

Açar sözlər:

Oxunub: 411