“ASAN xidmət”də işıqlar sönəcək


10:46     30 Mart 2019 19_03_30_1553928396.jpg

Bu gün “ASAN xidmət” mərkəzlərinin işıqları söndürüləcək.

Bu barədə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi məlumat yayıb.

“Hər il mart ayının son şənbə günü dünyada “Yer saatı” aksiyası keçirilir. Məşhur binaların fasad işıqları yerli vaxtla saat 20:30-da bir saatlıq söndürülərək iqlim dəyişikliyinə diqqət çəkilir. “ASAN xidmət” olaraq bu il də xidmət mərkəzlərinin fasad işıqlarını 1 saatlıq söndürməklə bu hərəkata qoşuluruq”, - deyə qurumdan bildirilib.

Açar sözlər:

Oxunub: 499