Qəbələdə Turizm Forumu keçiriləcək


11:20     30 Mart 2019 2019/03/qebele_poster_290319_1553930604.jpg

Bu il Azərbaycan Turizm Forumu Qəbələ şəhərində keçiriləcək.


Femida.az-ın məlumatına görə, məqsəd forumun hədəflərini bölgə turizminin üzərində fokuslamaqdır. Həmçinin bölgənin turizm mütəxəsislərinə də forum vasitəsilə yerli və xarici mütəxəsislərlə görüş imkanının yaradılması əsas məqsədlərdən biridir.

Azərbaycan Turizm Forumu ilk dəfə 2016-cı ildə keçirilib. Forumda ölkənin turizm imkanları, gələcək perspektivlər, müasir texnoloji yenilikləri ölkə turizminin inkşafına tətbiq etmək, qanunvericilik və ondan irəli gələn məsələlər yerli və xarici spikerlərin iştirakı ilə müzakirə edilir.

Forum bütün turizm mütəxəssislərinin və turizmə birbaşa və dolayısı ilə bağlı olan biznes adamlarının görüşdüyü Azərbaycanın yeganə turizm forumudur.

Azərbaycan Turizm Forumu "Tourismlab." MMC-nin təşkilatçılığı ilə keçirilir. Qeyd edək ki, "Tourismlab." MMC həmçinin "Tourism Students Meetup"-ın da təşkilatçısıdır.

Femida.az

Açar sözlər:

Oxunub: 315