Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs saxlanılıb


12:04     30 Mart 2019 2018/03/hebs-cinayet_1520705954.jpg

Binəqədi Rayon Polis İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş N.Əsədullayev saxlanılıb.

DİN-in Mətbuat Xidmətindən Femida.az-a verilən məlumata görə, ondan çəkisi 11,1 kiloqramdan artıq narkotik vasitə olan marixuana götürülüb. Faktla bağlı cinayət işi başlanılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 415