Azərbaycanın xalis maliyyə öhdəlikləri 3 dəfədən çox azalıb


15:23     30 Mart 2019 Pul-manat-dfollar_37.jpg

2018-ci ildə Azərbaycanın xalis maliyyə öhdəlikləri 1 595,3 mln. ABŞ dolları təşkil edib.

Femida.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2017-ci illə müqayisədə 69,4% və yaxud 3,3 dəfə azdır.

Xalis maliyyə öhdəlikləri ötən il xaricdən cəlb olunmuş 952,9 mln. dollarlıq xalis birbaşa investisiyalar, 450,1 mln. dollarlıq neft bonusu və 619,1 mln. dollarlıq digər investisiyalar hesabına 2 022,1 mln. dollar artıb, 422,3 mln. dollarlıq portfel investisiyaları və 4,5 mln. dollarlıq törəmə maliyyə alətləri hesabına isə 426,8 mln. dollar azalıb.

Açar sözlər:

Oxunub: 392