Yük maşını aşdı, ölən var


14:12     30 Mart 2019 19_03_30_1553937116.jpg

Şəmkir rayonunun Morul kəndində yol qəzası baş verib.


Oxu.az xəbər verir ki, yük maşını su kanalına aşıb.

Yük maşınının sürücüsü 1972-ci il təvəllüdlü Arif Eldəniz oğlu Qurbanov idarəetməni itirərək maşını yolun kənarındakı su kanalına aşırıb.

O, aldığı bədən xəsarətlərindən hadisə yerindəcə dünyasını dəyişib

Faktla bağlı Şəmkir rayon polis şöbəsində araşdırma başaldılıb.

Açar sözlər:

Oxunub: 384