Cəlilabadda yol polisi narkoman sürücünü tutdu


13:34     30 Mart 2019 yol_polisi_1266.jpg

Cəlilabad rayonu ərazisində 3 saylı marşrut xətti üzrə hərəkətdə olan 15-BP-496 dövlət nömrə nişanlı, “Mercedes” markalı mikroavtobusun sürücüsü qaydanı pozduğu üçün Cəlilabad RPŞ-nin dövlət yol polisi bölməsinin yol patrul xidmətinin əməkdaşları tərəfindən ona “saxla” işarəsi verilib.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Femida.az-a verilən məlumata görə, bu zaman mikroavtobusun sürücüsü olan Cəlilabad rayonunun Soltankənd kəndinin sakini Oqtay Abbasovun ümumi istifadədə olan nəqliyyat vasitəsini idarə etmək hüququ olmadığı müəyyən olunub, eyni zamanda hərəkətləri şübhə doğurduğu üçün o tibbi müayinəyə dəvət edilib.

Müayinə zamanı O.Abbasovun narkotik vasitə qəbul etdiyi məlum olub. O, İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən Cəlilabad Rayon Məhkəməsinin qərarı ilə 1 ay müddətinə inzibati qaydada həbs edilib.


Femida.az

Açar sözlər:

Oxunub: 421