Rafael Ağayev 12-ci “qızıl”ı əldən verdi


19:20     30 Mart 2019 19_03_30_1553959316.jpg

İspaniyanın Quadalaxara şəhərində keçirilən böyüklərin 54-cü Avropa çempionatında növbəti final görüşü baş tutub.

Femida.az qafqazinfo-ya istinadən xəbər verir ki, -75 kq çəki dərəcəsində çıxış edən Rafael Ağayev finalda italiyalı Luici Busaya 0:1 hesabı ilə məğlub olub.

Karyerası ərzində 11 dəfə Avropa çempionluğu yaşamış 34 yaşlı karateçi bu dəfə gümüş medalla kifayətlənməli olub.

Qeyd edək ki, bu, Azərbaycan karateçilərinin İspaniyadakı qitə çempionatında ikinci medalıdır. Bundan öncə Asiman Qurbanlı bürünc medal əldə edib.

Qızıl medal uğrunda görüş

-75 kq, Rafael Ağayev : Luici Busa (İtaliya) - 0:1

Femida.az

Açar sözlər:

Oxunub: 437