Nadir xəstəliklər üçün nəzərdə tutulan dərmanların sayı artırılıb


20:06     30 Mart 2019 axar.az1391580951derman.jpg

Azərbaycanda nadir xəstəliklərin müalicəsi üçün nəzərdə tutulan dərman vasitələrinin siyahısı genişləndirilib.

Femida.az e-tibb.az-a istinadən bildirir ki, Səhiyyə Nazirliyinin Kollegiyası bununla bağlı "Nadir hallarda rast gəlinən və spesifik müalicə tələb edən xəstəliklərin müalicəsi üçün nəzərdə tutulan dərman vasitələrinin siyahısı"nda dəyişiklik edib.

Beləliklə, Adsetris (Adcetris), Serezim (Cerezyme) və Fabrazim (Fabrazyme) nadir hallarda rast gəlinən və spesifik müalicə tələb edən xəstəliklərin müalicəsi üçün nəzərdə tutulan dərman vasitələrinin siyahısına daxil edilib.

Femida.az

Açar sözlər:

Oxunub: 464