Qaraciyərdə yağlanmanı azaldır, ürəyi qoruyur... - Məşhur həkim açıqlayıb


21:30     30 Mart 2019 2019/03/21-15-44-741447_1553966220.jpg

Təbii yağlarla hazırlanan yeməklər artıq çəkiyə, piylənməyə səbəb olmur, əksinə arıqlamağa yardım edir.

Milli.Az e-tibb.az-a istinadən bildirir ki, bunu düzgün qidalanma ilə bağlı hər zaman maraqlı fikirləri ilə tanınan Türkiyənin məşhur alimi, daxili xəstəliklər və kardiologiya uzmanı, professor Canan Karatay deyib.

Onun sözlərinə görə, çox yağlı yeməklər problemə səbəb olmur: "Artıq çəkini şəkər, un və trans yağları yaradır. Ona görə də onlardan uzaq durmaq lazımdır. Kərəyağı, quyruq yağı və zeytun yağı heç bir zaman artıq çəki yaratmaz. Təbii yağlar qaraciyərdə yağlanmanı azaldır, alzheimer və ürək xəstəliklərinin qarşısını alır".


Məşhur Adana kababının əhəmiyyəti barədə danışan Canan Karatay deyib ki, bol quyruq yağı ilə hazırlanan kababı yemək lazımdır: "Amma onun yanında plov, kartof, makaron yeyilməməlidir"...

Açar sözlər:

Oxunub: 558


Oxşar xəbərlər