Ukraynada prezident seçkiləri başlayıb


09:50     31 Mart 2019 2019/03/904a86b6-ce86-4446-a982-1a51c22e54bd_1554009705.jpg

Ukraynada prezident seçkiləri ilə bağlı səsvermə başlayıb. Femida.az xəbər verir ki, yerli vaxtla səhər saat 08:00-da açılan seçki məntəqələri axşam saat 20:00-da bağlanacaq. 30 milyona yaxın səsvermə hüququna malik olan seçici 39 namizədə səs verəcək.

İlk turun rəsmi nəticələri aprelin 10-dək elan ediləcək, namizədlərdən heç biri 50% həddini aşa bilməsə, aprelin 21-də ikinci tur keçiriləcək. Onun nəticələri isə mayın 1-dək açıqlanacaq.

Açar sözlər:

Oxunub: 303