Azərbaycan güləşçiləri Batumidə 5 medal qazanıb


12:30     31 Mart 2019 19_03_31_1554018112.jpg

Gürcüstanın Batumi şəhərində dünya çempionu Muxran Vaxtanqadzenin şərəfinə gənclər arasında yunan-Roma güləşi üzrə beynəlxalq turnir keçirilib.

Femida.az -ın məlumatına görə, məşqçilər Akif Əliyev və Zöhrab Abbasovun rəhbərliyi altında ölkəmizi təmsil edən komandamız 5 medal qazanıb.

Niyaz Ərzumanov (67 kq) gümüş, Həsən Məmmədli (60 kq), Laçın Vəliyev (87 kq), Tarış Əbilov (97 kq) və Xasay Yusubov (130 kq) isə bürünc mükafata sahib olub.

Açar sözlər:

Oxunub: 550