Rusiyada güclü yanğın - 5 nəfər öldü


18:40     31 Mart 2019 19_03_31_1554043315.jpg

Rusiyada güclü yanğın olub. Nijni Novqorod şəhərində yaşayış binasında mənzillərdən biri yanıb.



Femida.az-ın "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, yanğın nəticəsində 5 nəfər həlak olub. Onlardan 2-si təcili yardım avtomobilində dünyasını dəyişib.

Bildirilir ki, hadisə yerinə gələn yanğınsöndürənlər briqadası yanğını söndürüblər. Hadisə ilə bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 314