Rövnəq Abdullayev Baxtadze ilə görüşüb


10:52     01 Aprel 2019 rovneq3kdlkfjsdı.jpg

29-30 mart tarixlərində SOCAR-ın prezidenti Rövnəq Abdullayev və şirkətin nümayəndə heyəti Gürcüstanda işgüzar səfərdə olublar.
Femida.az xəbər verir ki, SOCAR-ın prezidenti Gürcüstanın Baş naziri Mamuka Baxtadze ilə görüş keçirib.


Görüşdə tərəflər arasındakı əməkdaşlıq ilə bağlı məsələlər müzakirə olunub, gələcək əməkdaşlıq istiqamətlərinə toxunulub, perspektivli tərəfdaşlığın genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Rövnəq Abdullayev səfər çərçivəsində SOCAR Energy Georgia şirkətinin Tbilisidə yerləşən baş ofisində keçirilən işgüzar iclasda iştirak edib. SOCAR Energy Georgia şirkətinin Baş direktoru Mahir Məmmədov şirkətin 2018-ci il üzrə əsas əməliyyat nəticələrini məruzə edib, 2019-cu il üçün nəzərdə tutulan strateji fəaliyyət planı barədə ətraflı məlumatlar verib.

İclasda şirkətin 2019-cu il üçün nəzərdə tutulan fəaliyyət planı ilə bağlı təlimatlar verilib və əsas fəaliyyət istiqamətləri müəyyən edilib.

Femida.az

Açar sözlər:

Oxunub: 620