Ordunun ən yaxşı snayperləri bəlli oldu - VİDEO


11:24     01 Aprel 2019 2019/04/c05e3-1554103190_1554103972.jpg


Müdafiə nazirinin təsdiq etdiyi 2019-cu il üçün döyüş hazırlığı planına əsasən, Azərbaycan Ordusunun hərbi hissələri arasında “Ən yaxşı snayper” adı uğrunda yarış keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, sərrast atıcılıq qabiliyyətinə malik hərbi qulluqçuların müəyyən edilməsi məqsədilə təşkil olunan yarış nazirliyin xüsusi təchiz edilmiş təlim meydançasında keçirilib.

Hərbi qulluqçuların təchizatı yoxlanıldıqdan sonra onlar əvvəlcədən hazırlanmış atəş mövqelərini tutub və normativləri icra ediblər. Snayperlər hədəflərə fərdi və qrup şəklində atışlar edib, maneələrin dəf edilməsi üzrə tapşırıqları müvəffəqiyyətlə yerinə yetiriliblər. Yekun nəticələrə görə qaliblər müəyyən edilib və mükafatlandırılıb.



Femida.az

Açar sözlər:

Oxunub: 657