Bakının mərkəzində dəhşətli qəza - Ölənlər var (VİDEO)


11:45     01 Aprel 2019 2019/04/qeza_yeni111_1554105444.jpg

Bu gün paytaxt Bakının mərkəzində ağır yol qəza hadisəsi baş verib.

Femida.az SalamNews-a istinadən xəbər verir ki, qəza R.Behbudov küçəsində qeydə alınıb.

İlkin məlumata görə, yüksək sürətlə hərəkət edən minik avtomobili idarəetməni itirərək piyadanı vurub daha sonra 5 nömrəli Bakubus avtobusuna çırpılıb. Hadisə nəticəsində dayanacaqda olan sərnişinlərdən bir neçəsi xəsarat alıb, həmçinin minik avtomobilinin sürücüsü hadisə yerdinə dünyasını dəyişib.

Hadisə yerinə bir neçə təcili tibbi yardım maşını gəlib. R.Behbudov küçəsində böyük tıxac yaranıb.

Faktla bağlı araşdırma aparılır.



***

Bu gün Bakı şəhərində, Mərkəzi Bankın qarşısında ağır yol qəzası baş verib. Hadisə nəticəsində 2 nəfər ölüb, 2 nəfər isə yaralanıb.

Səhiyyə Nazirliyindən Azvision.az -a verilən məlumata görə, 44 yaşlı sürücü idarə etdiyi avtomobillə piyadaları vurub, daha sonra nəqliyyat vasitəsi avtobusa çırpılıb.
“Sürücü və 50-55 yaşlarında naməlum qadın dünyasını dəyişib. 60 yaşlarında qadın və 30 yaşlı kişi yaralanaraq Kiliniki Tibbi Mərkəzə gətirilib”.

Femida.az

Açar sözlər: #Qəza   #Qadın   #Polis  

Oxunub: 2249