Cəlilabad sakini atasını döyərək öldürdü


12:58     01 Aprel 2019 19_04_01_1554109179.jpg


Cəlilabad rayonunda oğul atasını döyərək qətlə yetirib.


Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, hadisə martın 30-da saat 2 radələrində rayonun Göytəpə şəhərində baş verib.

Belə ki, əvvəllər məhkum olunmuş O.Dadaşov yaşadığı evdə münaqişə zəminində atası Feyzulla Dadaşovu döyərək qətlə yetirib.

Polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində O.Dadaşov saxlanılıb. Ondan narkotik vasitə olan heroin götürülüb.

Femida.az

Açar sözlər: #Cəlilabad   #kriminal   #cinayət  

Oxunub: 986