Tbilisiyə qar yağıb


13:22     01 Aprel 2019 2019/04/6d973b77-3f06-4d84-880b-817bb77a4fc6_1554110578.jpg

Bu gün səhər saatlarından başlayaraq Gürcüstanın paytaxtı Tbilisiyə qar yağıb.


Hazırda şəhərdə dumanlı və yağışlı hava müşahidə olunur.

İntensiv qar ölkə ərazisində bəzi yollarda avtomobillərin hərəkətində maneə yaradıb.

Güclü küləklə müşahidə olunan kəskin hava şəraiti İmereti bölgəsində 17 evin dam örtüyünü uçurub, 15 ağacı aşırıb.

Qonşu ölkədə qeyri-sabit hava şəraiti aprel ayının 5-nə qədər davam edəcək.

Sabahdan etibarən isə ölkə ərazisində güclü qərb küləyi əsəcək. Havanın temperaturu aprelin 3-dən etibarən +12,+17 dərəcəyə qədər yüksələcək. / Report

Femida.az

Açar sözlər:

Oxunub: 345