İki qurum TV kanalı açmaq üçün MTRŞ-a müraciət etdi
14:55 01 Aprel 2019
Milli Tеlеviziya və Radiо Şurasının (MTRŞ) ixtisaslaşmış (xəbər) ümumrespublika televiziya kanalının açılması üçün elan etdiyi müsabiqə ilə bağlı MTRŞ-ya iki qurum müraciət edib.
Bunu Femida.az-ın sorğusuna cavab olaraq MTRŞ-nın Aparat rəhbəri Asəf Hacıyev deyib.
O qeyd edib ki, “Real Təhlil İnformasiya Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti (Real TV) və “TV media Azərbaycan Məhdud Məsuliyyətli Cəmiyyəti” tələb olunan sənədləri Şuraya təqdim edib.
A.Hacıyev əlavə edib ki, müsabiqə üçün sənədlərin qəbulu aprelin 11-nə kimi davam edəcək: “Ona görə, yəqin ki, bundan sonra da müraciət olacaq. Yekun olaraq Şuranın iclası olacaq və qərar veriləcək”.
Qeyd edək ki, MTRŞ ixtisaslaşmış (xəbər) ümumrespublika televiziya kanalının açılması üçün (Bakı şəhəri və Abşeron yarımadası ərazisində SD yayım üçün 48-ci, HD yayım üçün 37-ci tezlik resursuna) 11mart 2019-cu il tariхdən 11 aprel 2019-cu il tariхədək müsabiqə elan edib.
Femida.az
Oxunub: 722
Oxşar xəbərlər
- Hesablama Palatası AzTV-də yoxlamalara başlayıb
- Latviya Rusiya ilə iqtisadi əməkdaşlıq haqqında sazişi dayandırıb
- Prezident İlham Əliyev Azərbaycan və Litva arasında imzalanan sazişi təsdiqləyib
- Kanada Ukraynaya zirehli texnika, Latviyaya yeni hərbçilər göndərəcək
- Aleksandr Litvinenkonun qətlində ittiham olunan iş adamı koronavirusdan ölüb
- Latviya Prezidenti İlham Əliyevi təbrik edib
- Litva Prezidenti Azərbaycana səfər edəcək
- Litva Seymi Rusiyanın Ukraynada törətdiklərini soyqırımı kimi tanıyıb
- Latviya Qarabağdakı minatəmizləmə işlərinə dəstək verəcək
- QMİ Ramazan ayı ilə bağlı fətva verib