Tovuzdakı partlayışda yaralanan iki nəfərin kimliyi məlum olub


14:53     01 Aprel 2019 Tecili%20yardim%20xestexana%20190412.jpg

Tovuz rayonunun Öysüzlü kəndində baş verən partlayışla əlaqədar xəstəxanaya saat 23:20-də çağırış daxil olub.

Femida.az xəbər verir ki, Səhiyyə Nazirliyindən AzVision.az-a verilən məlumata görə, hadisə zamanı xəsarət alan iki nəfər xəstəxanaya gətirilib.

Onlardan biri 1964-cü il təvəllüdlü Zemfira Qurbanovadır. Həmin şəxsdə travmatik şok, yuxarı ətrafların soyulmuş yarası aşkar edilib. Digər zərərçəkən 1992-ci il təvəllüdlü Həsən İmamverdiyevdə isə bel fəqərəsinin sınığı qeydə alınıb. Hər iki şəxsin həyati təhlükəsi yoxdur.

Qeyd edək ki, Tovuz rayonunun Aşağı Öysüzlü kəndində ümumi sahəsi 40 m² olan birmərtəbəli fərdi yaşayış evində partlayış baş verib. Partlayış zamanı evdə sahəsi 20 m² olan bir otaq və bitişik talvar uçub. Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri 2 nəfəri dağıntılar altından çıxararaq aidiyyəti üzrə təhvil veriblər. İlkin ehtimala görə, partlayışa qaz sızması səbəb olub.

Femida.az

Açar sözlər:

Oxunub: 418