Ermənilərin öldürdüyü Zəhra və nənəsinin xatirəsinə abidə açıldı


16:37     01 Aprel 2019 2019/04/c0da8592-6944-4ab2-bb84-a92b1f7ed8e0_1554122346.jpg


Füzuli rayonunda ermənilərin açdığı atəş nəticəsində həlak olan iki yaşlı Zəhra və nənəsinin xatirə abidəsi və parkın açılışı olub.


Femida.az-ın Qarabağ mərkəzinin verdiyi məlumata görə, tədbirdə Füzuli, Xocavənd və Cəbrayıl rayonlarının rəhbərliyi, N saylı hərbi hissənin zabit və əsgər heyəti, həmçinin Alxanlı kəndinin sakinləri iştirak ediblər.

Tədbir iştirakçıları abidəni ziyarət edib, önünə gül dəstələri düzüblər.

Daha sonra Zəhra və nənəsinin xatirəsi yad edilib, ermənilərin törətdiyi vəhşiliklərdən söhbət açılıb.

Xatırladaq ki, 2017-ci il iyulun 4-ü saat 20:40 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndi 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulub. Ermənistan tərəfinin bu təxribatı nəticəsində kənd sakinləri - 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olublar.

Femida.az

Açar sözlər: #Füzuli   #Zəhra   #abidə  

Oxunub: 526