Putindən “vor zakon”lara böyük zərbə - O qanunu imzaladı


18:37     01 Aprel 2019 19_04_01_1554123500.jpg


Rusiya prezidenti Vladimir Putin kriminal avtoritetlərin cəzalandırılmasının sərtləşdirilməsini nəzərdə tutan qanun layihəsini imzalayıb.


Femida.az “İnterfaks”a istinadən xəbər verir ki, yeni normalara əsasən, Cinayət Məcəlləsinə “cinayət iyerarxiyasında ən yüksək mövqenin tutulması” maddəsi əlavə edilib.

Məlumata görə, cinayətkar birliyi yaratmaq və idarə etməyə görə 5 milyon rubl dəyərində cərimə ilə 12 ildən 20 ilə qədər azadlıqdan məhrum etmə, təşkilatların yığıncaqlarında iştirak etməyə görə 1 milyon rub dəyərində cərimə ilə 12 ildən 20 ilə qədər azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulub.

Cinayət iyerarxiyasında ən yüksək mövqe tutanlar isə 5 milyon rubl dəyərində cərimə ödəyəcək, onlara həmçinin 8 ildən 15 ilə qədər iş veriləcək.

Femida.az

Açar sözlər: #Rusiya   #Putin   #vorzakon  

Oxunub: 753