“ASAN xidmət”ə 28 milyonuncu müraciət
18:45 01 Aprel 2019
“ASAN xidmət”ə 28 milyonuncu vətəndaş müraciəti qeydə alınıb.
Femida.az xəbər verir ki, bu müraciət 4 saylı Bakı “ASAN xidmət” mərkəzinə Elida Ağasiyeva tərəfindən edilib. O, Daxili İşlər Nazirliyinin sürücülük vəsiqələrinin dəyişdirilməsi xidmətindən yararlanıb.
28 milyonuncu müraciətin sahibi kimi Elida Ağasiyeva təşəkkürnamə və simvolik hədiyyələrlə mükafatlandırılıb.
Hazırda 15 “ASAN xidmət” mərkəzi fəaliyyət göstərir. Onlardan 5-i paytaxt Bakı şəhərində olmaqla, digərləri Sumqayıt, Gəncə, Sabirabad, Bərdə, Qəbələ, Masallı, Quba, Mingəçevir, İmişli və Şəkidədir. Bundan başqa, regionlarda 10 Səyyar “ASAN xidmət” avtobusu və Səyyar ASAN qatar vasitəsilə vətəndaşlara səyyar formada xidmətlər göstərilir.
Həmçinin Bakı şəhərində əhaliyə kommunal sahədə xidmətlər göstərən 2 “ASAN Kommunal” mərkəzi fəaliyyətdədir.
Femida.az
Oxunub: 577
Oxşar xəbərlər
- Qaçırılan "ASAN Xidmət" əməkdaşı tapıldı
- "ASAN xidmət" şəxsiyyət vəsiqələrinin verilməsi ilə bağlı xidmət saatlarını uzadıb
- Prezident 6 saylı Bakı “ASAN xidmət” mərkəzinin açılışını edib
- Mayın 28-də “ASAN xidmət” işləməyəcək
- “ASAN xidmət” mərkəzlərində iş başladı
- Prezident Naxçıvanda “ASAN xidmət” binasının tikintisi ilə tanış olub
- Naxçıvanda “ASAN xidmət”ə direktor təyin edildi
- Türkdilli Dövlətlərin yüksək vəzifəli nümayəndələri “ASAN xidmət”də
- İraq Parlamentinin nümayəndə heyəti “ASAN xidmət”də
- İndiyədək “ASAN xidmət”ə 42 milyon müraciət olub