22 Lələtəpə şəhidinin adına 22 çinar əkildi


17:48     01 Aprel 2019 19_04_01_1554124755.jpg


Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşəbbüsü, Müdafiə Nazirliyinin Beyleqanda yerleşen birliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə martın 30-da Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi ərazisində Aprel zəfərinin 3-cü ildönümünə və həmin döyüşlərdə şəhid olmuş hərbçilərin xatirəsinə həsr edilmiş agacəkmə kampaniyası keçirilib.

Femida.az-ın ordu.az-a istinadən məlumatına görə, kampaniyada Lələtəpə yüksəkliyi istiqamətində düşmən təxribatlarına cavab olaraq Azərbaycan Ordusunun apardığı uğurlu əks-həmlə əməliyyatları zamanı qəhrəmancasına həlak olmuş şəhidlərin ailə üzvləri, döyüş yoldaşları, həmin ərazilərdə hərbi xidmət keçən gənc əsgərlər, Cocuq Mərcanlı qəsəbəsinin sakinləri iştirak ediblər.


Mərasim iştirakçıları əvvəlcə Füzuli rayonu ərazisində Aprel şəhidlərinin xatirə abidəsini ziyarət edib, abidənin qarşısında gül düzüblər. Şəhidlərin ruhuna dua oxunub.

Sonra tədbir iştirakçıları Cocuq Mərcanlı kəndinin girişində yolun kənarında Lələtəpə uğrunda döyüşlərdə həlak olmuş 22 şəhidin hər birinin adına 22 çinar ağacı əkilib, onların yanında hər bir şəhid haqqında məlumatın əks olunduğu lövhə yerləşdirilib və üzərinə Azərbaycan bayrağı bərkidilib.


Tədbirdə Qaçqınlaın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndəsi Elmir Allahyarov, Cocuq Mərcanlı kənd sakini, “Əmək” ordenli Oqtay Həziyev, hərbi hissə komandiri Eldəniz İmameliyev və birliyin zabiti Anar Rzayev çıxış edib, Aprel zəfərinin əhəmiyyətindən danışıb, ordumuzun düşmən üzərində üstünlüyü, Ali Baş Komandanın əmri ilə torpaqlarımızı işğaldan azad etməyə hər hazır olduğunu bildiriblər.

Cocuq Mərcanlı kənd məktəbinin şagirdləri vətənpərvər ruhlu şeirlər səsləndiriblər.

Sonda ağacəkmə aksiyasının iştirakçıları ilə birlikdə xatirə şəkli çəkdiriblər.

Femida.az

Açar sözlər: #Lələtəpə   #şəhid  

Oxunub: 613