Sabah Sumqayıtın bəzi hissələrində işıq olmaycaq


19:24     01 Aprel 2019 isiq.jpg

Sabah Sumqayıtın bəzi hissələrinə elektrik enerjisi fasilələrlə veriləcək.

Bu barədə Femida.az "Azərişıq" ASC-dən bildirilib.

Qeyd olunub ki, “Sumqayıt Dəmiryolu İdarəsi” tərəfindən tunel-keçid tikilən ərazidən elektrik xətlərinin köçürülməsi səbəbindən Sumqayıt şəhərinin 6-cı,10-cu,12-ci mikrorayonlarında sabah elektrik enerjisinin verilişində qısa müddətli fasilələr yaranacaq.

ASC yaranacaq narahatlığa görə abunəçilərdən üzr istəyir.


Femida.az

Açar sözlər:

Oxunub: 373