Ermənistanda hakim rüşvətə görə iki aylıq həbs edilib


21:22     01 Aprel 2019 2019/04/b21f351c-0b4c-44fb-b48c-692dbbf2f4f4_1554137426.jpg

Ermənistanda rüşvətxorluqda ittiham olunan məhkəmə hakimi Qaqik Eboyan barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

“Report” “Novosti Armeniya”ya istinadən xəbər verir ki, Yerevan Ümumi Məhkəməsində Nelli Baqdasaryanın sədrliyi ilə keçirilən iclasda qərar qəbul olunub.

Qeyd edək ki, martın 29-da Ermənistan Baş Prokurorluğunun vəsatəti əsasında Ali Məhkəmə Şurası Qaqik Eboyanın hakim səlahiyyətlərini dayandırmışdı. O, rüşvət alarkən tutulmuşdu. Vəkili Kromvel Qriqoryan bildirib ki, müvəkkili özünü təqsirli bilmir. Onun sözlərinə görə, verilən pul rüşvət deyil, vəkilin ona olan borcudur.

Açar sözlər:

Oxunub: 345