Evi yandırıb sonra intihar etdi - Samuxda dəhşətli hadisə


09:22     02 Aprel 2019 ikirayonda%20yangin.jpg

Samuxda yaşayış evində yanğın olub.

Femida.az -ın verdiyi məlumata görə, hadisə rayon mərkəzində qeydə alınıb. Yaşayış evində baş verən yanğını söndürmək üçün əraziyə iki yanğın söndürmə avtomobili cəlb olunub. Baxış zamanı evdən ev sahibi 1972-ci il təvəllüdlü Hüseynov Habil Maarif oğlunun boğazında kəndir olan yerə sərilmiş meyiti aşkarlanıb. Onun evi yandırıb sonra intihar etdiyi bildirilir. H.Hüseynov həyat yoldaşından boşanıb evdə tək yaşayırmış.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 272