Niqab qadağan olundu - Niderlandda


09:37     02 Aprel 2019 19_04_02_1554183588.jpg


Niderlandda üzü bağlayan geyimlərin qadağan edilməsi ilə bağlı qərar cari ilin avqust ayının birində qüvvəyə minəcək.

Bu barədə hökumətin yaydığı məlumatda qeyd olunub. Bildirilib ki, ictimai nəqliyyat, məktəblər, xəstəxanalar və dövlət müəssisələrində pərəncə və niqab qadağan ediləcək.

Qaydanı pozanları 410 avro cərimə gözləyir. Qadağanı özündə əks etdirən qanunu 2016-cı ildə parlamentin ikinci palatası, 2018-ci ildə isə Senat qəbul edib.

Qeyd edək ki, bundan öncə Danimarka, Avstriya, Belçika, Fransa, İsveçrə və İspaniyanın bir sıra rayonlarında, Kanadanın Kvebek əyalətində bu cür qadağalar tətbiq edilib.

Femida.az

Açar sözlər: #islam   #niqab   #qadın  

Oxunub: 593