Samuxda tapılan yanmış kişi meyiti ilə bağlı RƏSMİ MƏLUMAT


10:34     02 Aprel 2019 meyitt0.jpg

Samuxda yanan evdən meyit tapılıb.



Fövqəladə Hallar Nazirliyindən Femida.az-a verilən məlumata görə, rayonda ümumi sahəsi 60 m² olan birmərtəbəli 2 otaqlı evin 1 otağının, mətbəxinin yanar konstruksiyaları və ev əşyaları 33 m² sahədə yanıb.

Yanğının kəşfiyyatı zamanı 1972-ci il təvəllüdlü Hüseynov Habil Mikayıl oğlunun meyiti yanğınsöndürənlər tərəfindən aşkar olunub.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 306