Dövlət Agentliyinin əməkdaşı iş başında öldü


10:53     02 Aprel 2019 19_04_02_1554188022.jpg


Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşı iş başında vəfat edib.


“Qafqazinfo”nun verdiyi xəbərə görə, hadisə aprelin 1-də Lənkəran rayon Yuxarı Nüvədi kəndində baş verib.

Həmin kəndin sakini, “7 saylı Magistral Yolların İstismarı” MMC-yə məxsus zavodun əməkdaşı 1994-cü il təvəllüdlü Babazadə Vüsal Şaddıq oğlu elektrik vurması nəticəsində ölüb.

Lənkəran rayon prokurorluğunun əməkdaşları hadisə yerinə və meyitə baxış keçiriblər. Məhkəmə-tibb ekspertizası təyin edilib.

İlkin araşdırma zamanı müəyyən edilib ki, xidməti müqavilə əsasında həmin zavodda geodeziya fəhləsi işləyən V.Babazadə kəndin yol kənarında uzunluğu 5,2 metr olan ölçmə aləti jalonla doğranmış daş materiallarının həcmini hesablayarkən jalonun yuxarı hissəsinin elektrik naqillərinə toxunması nəticəsində cərəyan vurması ilə hadisə yerində ölüb.

Açar sözlər:

Oxunub: 336