Dünənki qəzada ölənlərin adları məlum oldu


12:25     02 Aprel 2019 2019/04/qeza_yeni111_1554105444.jpg

Bakının Nəsimi rayonu ərazisində baş verən yol qəzası nəticəsində ölən və yaralananların adları məlum olub.



Femida.az Trend-ə istinadən xəbər verir ki, hadisə Nəsimi rayonu, R. Behdudov küçəsi 22-də baş verib.

1971-ci il təvəllüdlü Əmiraslanov Ramiz Nəcəf oğlu idarə etdiyi "MG" markalı 90-NV-350 dövlət qeydiyyat nişanlı avtomobillə yolu keçən piyadalar - 1954-cü il təvəllüdlü Quliyeva Xanım Adil qızı, 1962-ci il təvəllüdlü Niyazov Valəddin Əlmirzə oğlu, onun oğlu, 1996-cı il təvəllüdlü Niyazov Seymur Valəddin oğlu və 1957-ci il təvəllüdlü Rüstəmova Fatma Cümşüd qızını vuraraq 5 saylı xətt üzrə hərəkət edən sərnişin avtobusuna çırpılıb.

Hadisə nəticəsində avtomobilin sürücüsü R.Əmiraslanov və piyadalardan F.Rüstəmova hadisə yerində dünyasını dəyişib, 3 piyada isə xəstəxanaya yerləşdirilib.

İlkin araşdırma zamanı məlum olub ki, hadisəni törədən sürücü R.Əmiraslanov sükan arxasında ürək tutmasından dünyasını dəyişib.

Faktla bağlı araşdırmalar aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 469