4 il əvvəl dənizdən tapdığı silaha görə tutuldu


14:18     02 Aprel 2019 19_04_02_1554200354.jpg

Nardaran qəsəbə sakini Taleh Xudaverdiyev saxlanılıb.


Femida.az xəbər verir ki, onun qəsəbə ərazisində yerləşən evinin həyətində axtarış aparılan zaman torpağa basdırılmış 1 ədəd “Makarov” markalı tapança, patron darağı və 7 ədəd patron aşkar edilərək maddi sübut kimi götürülüb.

T.Xudaverdiyev ifadəsində odlu silah-sursatı 2015-ci ildə dəniz kənarından tapdığını və həmin gündən bəri polisə təhvil verməyərək gizlətdiyini bildirib.

Faktla bağlı T.Xudaverdiyev barəsində 42-ci Polis Bölməsində toplanan materiallar araşdırılması üçün Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib.

Açar sözlər:

Oxunub: 399