İlham Əliyev həmkarını təbrik etdi


00:37     28 Oktyabr 2015 aliyev4.jpg

Azərbaycan prezidenti İlham Əliyev çexiyalı həmkarı Miloş Zemanı ölkəsinin milli bayramı münasibəti ilə təbrik edib.


Femida.az-ın məlumatına görə, dövlət başçısının məktubunda deyilir:

“Hörmətli cənab prezident, Çex Respublikasının milli bayramı münasibətilə sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm. Azərbaycan-Çexiya münasibətləri bu gün dinamik və hərtərəfli inkişaf yolundadır. Keçən ay ölkəmizə səfəriniz, ölkələrimiz arasında strateji tərəfdaşlığa dair imzaladığımız Birgə Bəyannamə ikitərəfli münasibətlərimizin inkişafına mühüm töhfədir.

Ümidvaram ki, əməkdaşlığımızın daha da dərinləşdirilməsi sahəsində qarşıya qoyduğumuz vəzifələrin həlli yolunda səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik.

Belə bir gündə sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost xalqınıza daim sülh və firavanlıq arzulayıram”.

Açar sözlər:

Oxunub: 769