Aptek işçisi saxlanıldı - Narkotik tərkibli həblər satırmış...


16:10     02 Aprel 2019 aptek.jpg

Ağcabədi şəhər ərazisində yerləşən apteklərin birində qanunsuz olaraq narkotik təkibli dərman pereparatlarının satışı ilə bağlı RPŞ-yə məlumat daxil olub.


DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Femida.az-a verilən məlumata görə, Ağcabədi RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Ağcabədi şəhər sakini Anar Fətullayev saxlanılıb.

A. Fətullayevə məxsus aptekə baxış keçirilən zaman oradan 43 adda müxtəlif növ narkotik tərkibli dərman pereparatları aşkar edilərək götürülüb. Faktla bağlı araşdırma aparılır.


Femida.az

Açar sözlər:

Oxunub: 607