Mehriban Əliyevanın şəhid polkovnik üçün verdiyi ev ailəsinə təqdim olundu - FOTO

Mehriban Əliyevanın şəhid polkovnik üçün verdiyi ev ailəsinə təqdim olundu - FOTO


16:23     02 Aprel 2019 19_04_02_1554208012.jpg


Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın Aprel şəhidi, polkovnik-leytenant Sənan Axundovun ailəsinə bağışladığı mənzilin açarı onun oğluna təqdim olunub.

Femida.az-ın məlumatına görə, mənzilin açarları bu gün şəhidin oğlu Tahir Axundova verilib.

Qeyd edək ki, aprel şəhidi, polkovnik-leytenant Sənan Axundovun ailəsinə məxsus obyekt sahəsi əllərindən alınıb. Bu barədə Ali Məhkəmə qərar çıxarıb. Şəhid ailəsindən onlara məxsus olan yerə görə 100 min manat pul istənilmişdi.

Məlumata görə, S. Axundov şəhid olmamışdan bir neçə il əvvəl Kamran MMC-nin tikdiyi binadan 50 kvadratmetr yer götürüb, sonra “Kamran MMC”nin işçiləri barəsində cinayət işi başlanılıb və binanın 11 mərtəbəsini biznesmen Şərurlu İsfəndiyar alıb.

Femida.az

Açar sözlər: #şəhid   #mənzil   #Mehriban_Əliyeva  

Oxunub: 191