Sahibkarlığa Kömək Fondu ləğv prosesində olan bankı məhkəməyə verib


16:54     02 Aprel 2019 1398947325_mehkeme.jpg

Naxçıvan Muxtar Respublikası Sahibkarlığa Kömək Fondu ləğv prosesində olan “Bank of Azərbaijan” ASC-ni (ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu) məhkəməyə verib.

"Report"un xəbərinə görə, Nəsimi Rayon Məhkəməsinə müraciət edən Sahibkarlığa Kömək Fondu borclunun əmlaklarının üzərinə həbs qoyulması barədə tələb irəli sürüb.

Məhkəmə qərardad çıxararaq təqdimatı təmin edib.

Qərardaddan narazı qalan bank apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi isə qərardadı ləğv edib, icraata xitam verib.

Açar sözlər:

Oxunub: 221


Oxşar xəbərlər